Snayder “Unterxt”in hədəfində

Snayder “Unterxt”in hədəfində

Niderland millisinin sabiq futbolçusu Uesli Snayder karyerasını baş məşqçi olaraq davam etdirməyə yaxındır. 37 yaşlı keçmiş yarımmüdafiəçi “Unterxt” klubunu çalışdıra bilər.

Komandanın baş məşqçi postuna ilk namizədi Mark van Bommeldir. “Utrext”in Bommel planı baş tutmasa, klub Snayderə təklif göndərəcək. 

Qeyd edək ki, Snayder “Real”, “İnter”, “Qalatasaray”, “Ayaks”, “Nitsa”, “Əl-Qarafa” kimi klublarda çıxış edib. O, 2003-2018-ci illərdə Niderland millisinin formasını geyinib.  

ETOPAZ

Əvvəlki yazı

Milli komandalarda ən çox quru oyun keçirənlər

Növbəti yazı

Dünya çempionu 45 yaşında futbola döndü