Şmidt “Beşiktaş”dan imtina etdi
“Beşiktaş” baş məşqçi axtarışlarını davam etdirir. Klub “Benfika”nın sabiq çalışdırıcısı Rocer Şmidti bu posta təyin etmək istəyir.
Bu barədə İstanbul klubunun prezidenti Hasan Yücel yerli mətbuata açıqlamasında deyib. O, alman mütəxəssisə 6 aylıq sözləşmə təklif etdiklərini, lakin rədd cavabı aldıqlarını deyib.
“Beşiktaş”a hazırda müvəqqəti olaraq köməkçi məşqçi Serdar Topraktepe rəhbərlik edir. Komanda Super Liqada 16 oyundan sonra 26 xalla 6-cı sıradadır.