Şmeyxelə Fransadan təklif
Kasper Şmeyxel klubunu dəyişə bilər. “Lester”in qapıçısı Fransadan təklif alıb.
Danimarkalı əlcək sahibi “Nitsa”nın hədəfindədir. Yan Zommerin Mönhenqladbax “Borussiya”sından transferini reallaşdıra bilməyən Liqa1 təmsilçisi diqqətlərini Şmeyxelə yönəldib.
Artıq qapıçı ilə ilkin danışıq olub. Kasper düşünmək üçün vaxt istəyib.
Qeyd edək ki, 2011-ci ildən “tülkülər”in formasını geyinən qapıçının müqaviləsi gələn yay başa çatacaq.