Slotdan antirekord

Slotdan antirekord

“Liverpul”un çalışdırıcısı Arne Slot məşqçilik karyerasının ən pis dövrünü yaşayır. Niderlandlı mütəxəssisin rəhbərlik etdiyi “Liverpul”” Premyer Liqanın 7-ci turunda səfərdə “Çelsi”yə 2:1 hesabı ilə uduzub.

Buna qədər mersisaydlılar Premyer Liqada “Kristal Pelas”a 2:1, Çempionlar Liqasında isə “Qalatasaray”a 1:0 hesabı ilə uduzmuşdu.

Arne Slot məşqçilik karyerasında ilk dəfə bütün yarışlarda ardıcıl üç matçda məğlub duruma düşüb. O, “Liverpul”a qədər “AZ Alkmaar” və “Feyenoord” klublarını da çalışdırıb.

ETOPAZ

Əvvəlki yazı

Upamekano “Barsa”nın hədəfində

Növbəti yazı

Millimizin heyəti açıqlandı