Slavik Alxasov “Araz-Naxçıvan”da
“Araz-Naxçıvan” hazırlığını davam etdirir. Klub məşqlərini Buzovna qəsəbə stadionunda həyata keçirir.
Gündəlik məşqlərlə bərabər transfer çalışmaları da davam etdirilir. “Araz-Naxçıvan” bu dəfə Slavik Alxasovla anlaşıb. 31 yaşlı cinah müdafiəçisi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Artıq “qırmızı-ağlar”ın məşqlərində iştirak edən Alxasov müxtəlif illərdə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sabah”, “Keşlə”/“Şamaxı”, “Zirə”, “Turan Tovuz” klublarında çıxış edib.