Şkrinyarla müqavilə uzadılır
“İnter” müdafiəçisi Milan Şkrinyarla müqaviləni uzatmağa hazırdır. İtaliya klubu 27 yaşlı slovakiyalıya 2026-cı ilə qədər sözləşmə təklif edir.
Belə olduqda futbolçunun maaşı bonuslar nəzərə alınmadan mövsümə 4,5 milyon avro olacaq. Müdafiəçinin klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.