Şkrinyar PSJ yolunda

Şkrinyar PSJ yolunda

PSJ “İnter”in müdafiəçisi Milan Şkrinyarla maraqlanır. Fransa klubu futbolçuya mövsümə 7,5 milyon avro maaş təklif edir.

Artıq klublar potensial transferlə bağlı danışıqlar aparır. Lakin “İnter” PSJ-nin 60 milyon avroluq təklifini rədd edib. Daha əvvəl “İnter”in futbolçunu PSJ-yə 50 milyon avroya satmaqdan imtina etdiyi bildirilirdi.

İtaliya klubunun Şkrinyara 2026-cı ilə qədər nəzərdə tutulan yeni müqavilə təklif etdiyi barədə də məlumat yayılıb. Bu halda futbolçunun maaşı bonuslar nəzərə alınmadan mövsümə 4,5 milyon avro olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl” Poupu istəyir

Növbəti yazı

Ruiz “Napoli”nin təklifini rədd etdi