Şkrinyar əməliyyat olundu
“İnter”in futbolçusu Milan Şkrinyar əməliyyat olunub. Bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
Müdafiəçi qarşıdakı həftələrdə reabilitasiya prosesinə başlayacaq. Onun meydana qayıdış tarixi dəqiqləşməyib.
Lakin Şkrinyarın mövsümü bitirdiyi ehtimal olunur. 28 yaşlı futbolçu cari mövsümdə 31 matç keçirib. Onun müqaviləsi yayda başa çatacaq.