Skolari karyerasını başa vurdu

Skolari karyerasını başa vurdu

Braziliya və Portuqaliya millilərinin sabiq baş məşqçisi Luis Felipe Skolari vacib qərarını açıqlayıb. O, karyerasını başa vurduğunu bildirib.

Son klubu “Atletiko Paranaense” olan 74 yaşlı mütəxəssis qərarı barədə danışıb. Skolari bildirib:

“Baş məşqçi karyeramı sonlandırıram. Paulo Turra klubun yeni baş məşqçisi, mən isə texniki direktoru olacam. Bu mənim həyatım idi. Düşünürəm ki, baş məşqçi karyeramı ləyaqətlə başa vururam. Futbolda bir çox müxtəlif duyğular yaşadım”.

ETOPAZ

Əvvəlki yazı

Kroos İngiltərə yolunda

Növbəti yazı

Türkiyə millisində dəyişiklik