Skolari Braziliya klubunda
Luis Felipe Skolarinin yeni klubu bəlli olub. 74 yaşlı mütəxəssis “Atletiko Mineyro”nun baş məşqçisi təyin edilib.
Bunu Braziliya klubunun mətbuat xidməti açıqlayıb. O, yeni komandası ilə 2024-cü ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Skolarinin son klubu “Atletiko Paranaense”si olub. O, zəngin karyerası ərzində Braziliya və Portuqaliya millilərini də çalışdırıb.