Skamakka Premyer Liqa klubunda
Canluka Skamakka “Vest Hem”ə keçib. İtaliyalı hücumçunun Premyer Liqa klubuna transferi 36 milyon avroya gerçəkləşib.
“Sassuolo” forvardın satışından 6 milyon bonus da əldə edə bilər. A seriyası təmsilçisi onun gələcək satışının 10 faizinə də sahib olacaq.
Qeyd edək ki, Canluka ötən mövsümün 38 matçında 16 qol vurub.