Skaloni millidə qalacaq
Argentina Futbol Assosiasiyasının rəhbəri Klaudio Tapia milli komandanın baş məşqçisi Lionel Skaloni ilə bağlı danışıb. O, qurumun çalışdırıcı əməkdaşlığı genişləndirməyi planlaşdırdığını bildirib:
“Skaloni Argentina millisinin baş məşqçisidir. İkimiz də sözümüzün adamlarıyıq. Şifahi razılaşdıq. O, övladlarından birinin pasport məsələlərini həll etmək üçün İspaniyaya səfər edib. Ölkəyə qayıdanda biz yenidən danışacağıq”.