Siyasət Əsgərov: “Əsas çatışmazlıq budur”

Siyasət Əsgərov: “Əsas çatışmazlıq budur”

“Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Malayziya ilə oyunda əsas çatışmazlığı qol epizodlarından yararlana bilməməsi idi”.

Bu barədə yığmanın baş məşqçisi Siyasət Əsgərov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Mütəxəssis Banqladeşin paytaxtı Dəkkədə təşkil olunan “FIFA Tri Nations Women”s Football Series 2025” turnirində sözügedən rəqibi iki cavabsız qolla məğlub etdikləri matçla bağlı fikirlərini bölüşüb:

“Malayziya millisi Banqladeş yığması üzərində qələbə qazanmışdı. Bizi də məğlub etsəydilər, turnirin qalibi olacaqdılar. Bu səbəbdən matça yüksək motivasiyada hazırlaşmışdılar. Rəqibin əvvəlki bir neçə görüşünü də təhlil etmişdik. Onların müsbət və mənfi cəhətlərini bilirdik, oyun planları da eyni idi. İki fərqli hissə keçdi. İlk yarıda baxımlı qollar vurduq. Hər iki qolun üzərində məşqlər zamanı işləmişik. Fasiləyə qədər daha bir dəfə fərqlənə bilərdik. İkinci hissədə də yüz faizlik qol imkanlarımız oldu. Gənc futbolçulara özlərini göstərmək şansı yaratdıq. Düşünürəm ki, əsas çatışmazlığımız qol epizodlarından yararlana bilməməyimiz idi. Bu məqam seçmə mərhələ oyunlarında bizə çətinlik yarada bilər. Banqladeş yığması ilə qarşılaşmaya daha yaxşı hazırlaşmağa çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə son oyununu dekabrın 2-də Banqladeş yığmasına qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

Messidən növbəti rekord

Növbəti yazı

“Bavariya”dan yeni göstərici