“Siti”də yeni müqavilə

“Siti”də yeni müqavilə

İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Siti” yarımmüdafiəçisinin taleyi ilə bağlı qərarını verib. “Şəhərlilər” ingiltərəli Niko O’Rayli ilə müqaviləni yeniləyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı oyunçu ilə 2030-cu ilin yayına qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, Niko “Siti”nin heyətində çıxış etdiyi 13 rəsmi matçda 2 qolla yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Sabah” “Neftçi”ni məğlub etdi

Növbəti yazı

Niderland millisinin üzvü karyerasını başa vurur