Şirkətlər Liqasında 1/8 finalçılar müəyyənləşdi
Şirkətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vuruldu.
ETOPAZ-ın baş sponsorluğu ilə Şirkətlər Liqasında 25 komanda mart ayının 12-si mübarizəyə başlayıb.
Hər qrupda 6 komanda olmaqlar komandalar 4 qrupda mübarizəyə qoşulub. Hər qrupdan 4 komanda 1/8 final mərhələsinə yüksəlib.
Xatırladaq ki 1/8 final mərhələsinin oyunları 7-14 may tarixlərində Yasamal Sportster idman kompleksində baş tutacaq.