Sinnerdən qələbə
Kişi tennisçilər arasında ilin yekun turnirinə start verilib. Yannik Siner ilk turda Stefanos Tsitsipasla görüşüb.
İtaliyalı tennisçi rəqibini iki setdə məğlub edib – 6:4, 6:4. Onların yer aldığı qrupun digər oyunu da bu gün keçiriləcək.
Həmin görüşdə Novak Cokoviçlə Holqer Rune üz-üzə gələcək.