Simons “Mançester Siti” yolunda

Simons “Mançester Siti” yolunda

 “Mançester Siti” heyətini Xavi Simons ilə gücləndirmək istəyir. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola Simonsa məhz Kevin De Bruynenin əvəzləyicisi kimi baxır.

“Leyptsiq”in yarımmüdafiəçisi Qvardiolanın sərəncamında görmək istədiyi əsas futbolçudur.

Almaniya klubu niderlandlıya görə 100 milyon avro təzminat məbləği istəyir.

21 yaşlı futbolçu daha əvvəl PSJ, PSV-də oynayıb. Onun Bundesliqa təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

ETOPAZ

Əvvəlki yazı

“Adana Demirspor”da ayrılıq

Növbəti yazı

Lopesdən xüsusi göstərici