Simona Halep məşqçisini dəyişdi
“Böyük dəbilqə” turnirlərinin ikiqat qalibi Simona Halepin yeni məşqçisi bəlli olub. Dünyanın sabiq bir nömrəli raketkası Adrian Markunun rəhbərliyi altında çalışacaq.
Rumıniyalı tennisçi 2013-cü ildə də bu məşqçinin çalışdırıcılığı ilə çıxış edib. Həmin vaxt Simona ardıcıl üç turnirin qalibi olub.
Xatırladaq ki, hazırda dünya reytinqində 14-cü olan Halep əvvəlki məşqçisi Darren Kehillə yollarını ayırıb.