Simon 2016-dan sonra ilk dəfə
Karyerasını bu mövsümün sonunda başa vuran 37 yaşlı Gil Simon “Rolan Qarros”un ilk raundunda dünyanın 18-ci raketkası Pablo Karreno-Busta ilə qarşılaşıb. Fransalı rəqibinə qalib gəlib – 6:4, 6:4, 4:6, 1:6, 6:4.
Simon 2020-ci ilin oktyabrından bəri ilk dəfə “Top-20″dən olan rəqibini məğlub edib. Həmçinin, o, “Rolan Qarros 2018″dən sonra birinci dəfə “Böyük Dəbilqə” yarışlarında bunu bacarıb.
Simon daha bir uğursuzluğa son qoyub. O, “Rolan Qarros 2016″dan sonra ilk dəfə beş setlik matçda qalib gəlib.