Simmonsun qayıdış planı
“Bruklin”in basketbolçusu Ben Simmobsun meydana qayıdış planı bəlli olub. Müdafiəçi cari mövsümdəki debütünü pley-offun birinci mərhələsinin 4-cü matçında gerçəkləşdirmək niyyətindədir.
O, “Boston”a qarşı aprelin 25-də baş tutacaq 4-cü matça hazır olacaq. İlk iki matçda uduzan “Nets” üçüncü görüşü ayın 23-də keçirəcək.
Qeyd edək ki, sonuncu dəfə 2021-ci ilin oyununda meydana çıxan Ben belindəki zədədən sonra uzunmüddətli bərpa prosesi keçib.