Simeonedən yubiley
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone daha bir uğura imza atıb. Argentinalı mütəxəssis Madrid komandanı baş məşqçi kimi 700-cü dəfə meydana çıxarıb.
O, bir klubla bu həddə çatan ilk məşqçi olub. Yubiley matçı İspaniya çempionatının 14-cü turunda “Alaves”lə görüşə təsadüf edib. Madridlilər əzmkar qələbə qazanaraq, Dieoqaya hədiyyə ediblər.
Qeyd edək ki, “Atletiko” Simeonenin rəhbərliyi altında keçirilən oyunlarda 413 qələbə qazanıb, 156 dəfə heç-heçə oynayıb, 131 görüşdə uduzub.