Simeone “Sevilya” yolunda
“Napoli”nin hücumçusu Covanni Simeone klubdan ayrıla bilər. Onun xidmətində “Sevilya” maraqlıdır.
İspaniya təmsilçisi futbolçunu almaq imkanını nəzərdən keçirir. Klubun idman direktoru Monçi bu mövsüm komandanın qeyri-qənaətbəxş nəticələrinə görə qarşıdan gələn yay transfer pəncərəsində heyəti gücləndirmək variantları axtarır.