Simeone La Liqanın tarixinə düşdü

Simeone La Liqanın tarixinə düşdü

La Liqanın 23-cü turunda “Real”la “Atletiko” üz-üzə gəlib. Madrid derbisində qalib müəyyənləşməyib – 1:1.

Bu matç çempionatın tarixində yeni rekordla əlamətdar olub. Dieqo Simeone “Atletiko”nu La Liqada 425-ci oyuna çıxarıb.

O, İspaniya çempionatı tarixində eyni komanda ilə ən çox matç keçirən baş məşqçi adını qazanıb. Simeone “Real”ı 424 oyuna çıxaran Migel Munyosun rekordunu yenileyib.

Mütəxəssis həm də “Atletiko”dakı ümumi oyun sayında Luis Araqonesə çatıb. Klubun rekordçuların hərəsi 612 dəfə komandaya rəhbərlik edib.

Qeyd edək ki, Simeone 2011-ci ildən Madrid klubunu çalışdırır.

ETOPAZ

Əvvəlki yazı

Halanddan yeni rekord

Növbəti yazı

250-ci qələbə