Simeone “Atletiko”ya razılıq verdi
“Atletiko” baş məşqçi Dieqo Simeoneni komandada saxlayacaq. Tərəflər yeni müqavilə bağlamağa yaxındır.
Hazırki sözləşmə mövsümün sonunda bitəcək. Yeni razılaşmada argentinalı mütəxəssisin məvacibi 20-30 faiz azalacaq. Simeonenin illik 12-13 milyon avro qazanması gözlənilir. İlin sonunadək rəsmi müqavilənin imzalanacağı bildirilir.