Simeone “Atletiko”dan ayrıldı
“Atletiko”nun hücumçusu Culiano Simeone “Alaves”ə icarəyə verilib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
20 yaşlı argentinalı növbəti mövsümü icarədə keçirəcək. Culiano baş məşqçi Dieqo Simeonenin kiçik oğludur.
O, ötən mövsümü “Saraqosa”da icarədə olub. Hücumçu 36 matçda 9 qol vurub.