Simeone “Atletiko”da qaldı
Dieqo Simeonenin taleyinə aydınlıq gəlib. O, “Atletiko”da qalacaq.
Mütəxəssis klubla müqaviləsini yeniləyəcək. Tərəflər sözləşmənin müddətinin uzadılması barədə razılığa gəliblər. Anlaşmanın iki və ya üç illik olacağı düşünülür.
Xatırladaq ki, Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır.