Şimanskiyə Almaniyadan müştəri

Şimanskiyə Almaniyadan müştəri

“Frayburq” heyətini gücləndirmək niyyətindədir. Klub “Fənərbaxça”nın polşalı legionerini transfer etmək istəyir. 

Bundesliqa təmsilçisi Şimanski üçün “Fənərbaxça”ya 15 milyon avro təklif edib. “Sarı-lacivərdli” klub qış “transfer pəncərəsi”ndə edəcəyi transferlərdən sonra futbolçu ilə bağlı qərar verəcək. 

İstanbul klubu ötən mövsümün əvvəlində polşalı ulduzu Moskva “Dinamo”sundan 9,75 milyon avroya transfer etmişdi.

Bu mövsüm 26 matçda meydana çıxan 25 yaşlı futbolçu 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

ETOPAZ

Əvvəlki yazı

Balotelli yenidən komandasını dəyişir

Növbəti yazı

Zaha ABŞ yolunda