Şimanski rəsmən “Renn”də
“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski komandanı tərk edib. Polşalı yarımmüdafiəçi Fransanın “Renn” klubuna transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Liqa 1 təmsilçisi futbolçu üçün qarşı tərəfə 10,5 milyon avro ödəyib.
26 yaşlı futbolçu yeni klubu ilə 3,5 illik müqavilə imzalayıb.












