Silva Braziliya yolunda
“Çelsi”nin müdafiəçisi Tiaqo Silva komandanı tərk edə bilər. Onun karyerasını Braziliyada davam etdirmək variantı yaranıb.
“Fluminense” 39 yaşlı futbolçunun xidmətində maraqlıdır. Müdafiəçinin mövsümün sonunda klubu tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, Silva bu mövsüm 9 oyun keçirib və iki sarı vərəqə alıb.