“Sevilya”dan rekord

“Sevilya”dan rekord

“Sevilya” Avropa Liqasının rekordunu yeniləyib. İspaniya klubu tarixində 7-ci dəfə Avropa Liqasının finalına vəsiqə qazanıb.

La Liqa təmsilçisi bununla da özünün sahibi olduğu rekordu 7-yə çatdırıb. Xose Luis Mendilibarın yetirmələri yarımfinalda “Yuventus”u mübarizədən kənarlaşdırıb – 1:1, 2:1.

Sevilyanın eyniadlı klubu əvvəllər UEFA kuboku adlanan yarışda 2006, 2007, 2014, 2015, 2016 və 2020 illərdə də finala qədər irəliləyib. İkinci göstəriciyə malik “İnter”in hesabında 5 final var.

Qeyd edək ki, “Sevilya” finalda “Roma” ilə görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında həftənin oyunçusu adına iddiaçılar

Növbəti yazı

İtaliya klublarından 25 ilin rekordu