“Sevilya”dan baş məşqçi qərarı

“Sevilya”dan baş məşqçi qərarı

“Sevilya” baş məşqçisi Xose Luis Mendialibarla müqaviləni uzadıb. Bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Mendilibarla yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi bu ay başa çatacaq.

Qeyd edək ki, mütəxəssis martda “Sevilya”nın baş məşqçisi təyin edilib. O, komandası ilə Avropa Liqasının qalibi olub.

e-Topaz

Əvvəlki yazı

A seriyasında müqavilə

Növbəti yazı

100 milyonluq təklif