“Sevilya”dan 41 ilin ən pis başlanğıcı

“Sevilya”dan 41 ilin ən pis başlanğıcı

“Sevilya” İspaniya çempionatının 3-cü turunun matçında “Almeriya” ilə qarşılaşıb. Komanda rəqibinə 1:2 hesabı ilə məğlub olub.

“Ağ-qırmızılar” 30-cu dəqiqədə hesabı açsalar da, sonradan iki cavabsız qol buraxıblar. “Sevilya” üç turdan sonra bir xal qazanıb. Digər oyunlarda komanda “Osasuna”ya uduzub (1:2) və “Valyadolid”lə bərabərə qalıb (1:1). Bu, klubun La Liqada son 41 ildə ən pis başlanğıcıdı. 1981-82 mövsümündə də komanda indiki kimi – 3 oyundan sonra 1 xal qazanmışdı.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”la “Səbail”dən böyükhesablı qələbə

Növbəti yazı

“Qalatasaray”da ayrılıq