“Sevilya”da yeni transfer
“Sevilya” heyətini nigeriyalı forvardla gücləndirib. Akor Adams “Monpelye”dən transfer edilib.
24 yaşlı hücumçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. Bu transfer “Sevilya”ya 5,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, Adams Fransa çempionatında 15 oyunda 3 qolla yadda qalıb.