“Sevilya”da yeni müqavilə
“Sevilya” Kike Salasla bağlı qərarını verib. Klub onunla müqavilə müddətini uzadıb.
Bunu Əndəlüs təmsilçisinin mətbuat xidməti açıqlayıb. 22 yaşlı müdafiəçinin yeni sözləşməsi 2029-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, o, “Sevilya”nın öz yetirməsidir.