“Sevilya”da yeni müdafiəçi
“Sevilya” heyətinə yeni futbolçu qatıb. Bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
La Liqa təmsilçisi “San-Lorenso”nun kapitanı Federiko Qattoni ilə güclənib. 24 yaşlı müdafiəçi 1,4 milyon avroya transfer olunub. Onunla müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Qattoni “Sevilya”ya yayda qoşulacaq. O, həmin vaxtadək Argentina təmsilçisində icarədə olacaq.
Qeyd edək ki, Qattoni “San-Lorenso”da 70 matçda 6 qol vurub.