“Sevilya”da yeni baş məşqçi
“Sevilya” yeni baş məşqçisinin adını açıqlayıb. Matias Almeyda bu vəzifəyə təyin olunub.
Son mövsümü La Liqada 17-ci olan “Sevilya” argentinalı mütəxəssislə 3 illik müqavilə imzalayıb. Almeyda bunadək Argentinanın “River Pleyt”, “Banfild”, Meksikanın “Çivas”, ABŞ-ın “San Xose” və Yunanıstanın AEK klublarında fəaliyyət göstərib.
Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2022/2023 AEK-ə Yunanıstan çempionu titulunu qazandırıb.