“Sevilya” Avropa Liqasının qalibi oldu

“Sevilya” Avropa Liqasının qalibi oldu

Avropa Liqasında mövsümə yekun vurulub. Final matçında “Sevilya” ilə “Roma” üz-üzə gəlib.

Görüş qarşılıqlı hücumlarla başlayıb. İlk hissədə hesab açılıb. Paolo Dibala “canavarlar”ı önə çıxarıb. İspaniyalıların buna cavabı ikinci yarıda gəlib. Lukas Okampos fərqlənib – 1:1. Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən qarşılaşmada əlavə vaxt oynanılıb. Lakin burada da hesab dəyişməyib. Penaltilər seriyasında daha dəqiq olan “Sevilya” Avropa Liqasının çempionu olub – 4:1.

ETOPAZ

Əvvəlki yazı

Keyn “Mançester Yunayted”i istəyir

Növbəti yazı

“Atletiko”dan Morata qərarı