Şevçenkodan antirekord
“Cenoa”nın baş məşqçisi Andrey Şevçenko antirekorda imza atıb. Bu, İtaliya A seriyasının XVIII turunda rəsmiləşib.
Genuya təmsilçisi “Latsio”ya 1:3 hesabı ilə uduzub. Ukraynalı mütəxəssisin rəhbərliyi altında 6-cı matçına çıxan “Cenoa” hələ də qalib gəlməyib.
Şevçenko qələbəyə görə 3 xalın verildiyi dövrdə “Cenoa”nın ilk baş məşqçidir ki, debütdəki 6 çempionat oyununda qələbə əldə edilməyib. Bu müddətdə genuyalılar 1 heç-heçə edib və 5 dəfə uduzub. Onun yetirmələri yalnız kubokda “Salernitana”nı məğlub edib – 1:0.