Şesnı “Barselona”da qalacaq
“Barselona” qapıçısı Voysex Şesnının durumuna aydınlıq gəlib. Klub onunla müqavilə müddətini uzatmaq istəyir.
Kataloniyalılar qolkiperi daha bir mövsüm heyətində saxlamaq niyyətindədir. Qapıçı da anlaşmanın uzadılmasında maraqlıdır. Tərəflərin qarşıdakı müddətdə danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, La Liqa təmsilçisinin əsas qapıçısı Mark-Andre Ter Şteqen bərpa dövrü keçir.