Şeşko “Arsenal”ın hədəfində
“Arsenal” heyətini gücləndirmək niyyətindədir. Klubun yay transfer pəncərəsi üçün əsas hədəfi bəlli olub.
Londonlular “Leypsiq”in hücumçusu Benjamin Şeşko ilə maraqlanır.
21 yaşlı futbolçu İngiltərə təmsilçisinə keçməyə müsbət yanaşır. Almaniya klubu forvardı üçün 55 milyon funt-sterlinq (67 milyon avro) tələb edir.