Sertan Taşkın Türkiyə klubunda

Sertan Taşkın Türkiyə klubunda

“Sumqayıt”la müqaviləsi bitən Sərtan Taşkın karyerasını Türkiyədə davam etdirəcək. 27 yaşlı futbolçu I Liqaya yüksələn “Serik Belediyespor”un formasını geyinəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, Taşkınla 1 il müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, millimizin də formasını geyinmiş futbolçu 2024-cü ildə Türkiyədə “Manisa”da çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Renat Dadaşovdan debüt

Növbəti yazı

Babək Quliyev “Yagelloniya”nın matçında