Serenanın 3-cü fiaskosu
“Böyük dəbilqə”lərin 23 qat çempionu Serena Uilyams “Uimbldon”la erkən vidalaşıb. O, birinci mərhələdə 115-ci raketka Armoni Tana uduzub – 5:7, 6:1, 6:7.
ABŞ tennisçisi sonuncu dəfə fərdi yarışlarda ötən “Uimbldon”da korta çıxmışdı. Həmin vaxt birinci mərhələdə zədə üzündən mübarizəni dayandırmışdı.
Uilyams karyerasında ilk dəfə ardıcıl iki “Böyük dəbilqə”yə birinci mərhələdə vida edib. Ümumilikdə isə Serena bu səviyyəli 80 turnirdə 3-cü dəfə mübarizəni belə erkən dayandırmalı olub.