Serena Uilyams: “Təslim olmuram”
Serena Uilyams “Böyük dəbilqə” turnirlərində daha bir titul qazanmaq niyyətindədir. ABŞ tennisçisi özünün 24-cü çempionluğuna köklənib. 23 belə zəfəri olan Uilyams əfsanəvi Marqaret Korta məxsus rekordu təkrarlamaq istəyir. Bunu Serenanın özü açıqlayıb:
“Tennisi sevirəm və özümə konsentrasiya oluram. Məşqlərə, oynamağa davam edirəm. Düşünürəm ki, titullarımın sayı 30 və ya 32 olmalı idi. Hələ hər şey etməmişəm. 24-cü titulu qazanmalı idim. Çox imkanlarım olub. Amma indi də təslim olmuram”.