Sentyabr ayının məşqçisi – Postekoqlu

Sentyabr ayının məşqçisi – Postekoqlu

Premyer Liqada ayın baş məşqçisinin adına aydınlıq gəlib. Bu mükafata “Tottenhem”in çalışdırıcısı Ancelos Postekoqlu layiq görülüb.

Avstraliyalı üçün bu, 2023/2024 mövsümündə ikinci olub. Sentyabrda mütəxəssisin rəhbərliyi altında “Tottenhem” “Börnli”ni (5:2), “Şeffild Yunayted” və “Liverpul”u (iki dəfə – 2:1) üstələyərək, “Arsenal”la heç-heçə edərək (2:2) dörd oyunda 10 xal toplayıb. Səkkiz turdan sonra “Spurs” İngiltərə Premyer Liqasının turnir cədvəlində 20 xalla birinci yerdədir.

ETOPAZ

Əvvəlki yazı

Martinez rekorda imza atdı

Növbəti yazı

Mbappe özünə yeni agent tapmalıdır