Şenol Günəş Türkiyə yığmasından ayrıldı

Şenol Günəş Türkiyə yığmasından ayrıldı


Türkiyə milli komandanın baş məşqçisi Şenol Günəş postunu tərk edib. Bunu Türkiyə Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb. 69 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna yığmanın son oyunlardakı uğursuzluğu səbəb olub.
Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsinin VI tutunda Niderlanda 1:6 hesabı ilə uduzub.
Xatırladaq ki, 2000-2004-cü illərdə də Türkiyə millisini çalışdırmış Günəş 2019-cu ilin fevralından yığmaya rəhbərlik edirdi.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada ayın futbolçusu açıqlandı

Növbəti yazı

Türkiyə yığmasında yeni baş məşqçi