Seneqal Afrika çempionu oldu
Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib. Final qarşılaşmasında Mərakeş millisi Seneqal yığması ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən oyunun taleyini bir qol həll edib. Əlavə vaxtda Pap Qeyin vurduğu qol Seneqal millisinə qələbə qazandırıb və komanda turnirin qalibi olub.
Qeyd edək ki, Seneqal yığması Afrika Millətlər Kubokunu tarixində ikinci dəfə qazanıb. Komanda bu turnirdə ilk dəfə 2022-ci ildə çempion olmuşdu.












