Sen-Maksimin Avropanın ən yaxşısıdır
“Goal.com” Avropanın “top-5” liqasında mövsümün ən yaxşı driblinqçilərinin reytinqini təqdim edib. Siyahıya Allan Sen-Maksimin başçılıq edir.
“Nyukasl”ın yarımmüdafiəçisinin aktivində 150 uğurlu driblinq var. İkinci yerdə 112 belə nailiyyəti olan PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşıb. İlk üçlüyü “Barselona”nın yarımmüdafiəçisi Adama Traore (107 uğurlu driblinq) qapayıb.