Semih Kılıçsoy İtaliya yolunda
“Beşiktaş”ın gənc hücumçusu Semih Kılıçsoy komandanı tərk edə bilər.
O, “Kalyari” ilə danışıqlar aparmaq üçün İtaliyaya yollanıb.
Türkiyəli futbolçu klub rəsmiləri ilə görüşərək transfer detallarını müzakirə edəcək.
Qeyd edək ki, Kılıçsoy “Beşiktaş” forması ilə çıxdığı 87 matçda 16 qola imza atıb.












