Şelvi noyabrda meydanlara dönə bilər
“Nyukasl”ın futbolçusu Conjo Şelvinin zədəsi davam edir. Oyunçu sağalmaq yolunda irəliləyiş göstərir.
Şelvi may ayında xəsarət alıb. O, bud nahiyəsindən əməliyyat olunduğu üçün hələ ki, oynaya bilməyəcək. Futbolçunun noyabrda yaşıl meydanlara qayıdacağı gözlənilir.