“Selta”dan qələbə, “Fənər”dən heç-heçə

“Selta”dan qələbə, “Fənər”dən heç-heçə

UEFA Avropa Liqasının Liqa mərhələsində IV turun oyunları keçirilib. Avropanın yaşıl meydanlarında 18 qarşılaşma baş tutub.

Türkiyənin “Fənərbaxça” klubu Çexiyada “Viktoriya”nın qonağı olub. Gərgin keçən matçda qol səsi çıxmayıb – 0:0.

“Roma” isə Şotlandiyada “Reyncers”lə üz-üzə gəlib. Oyun İtaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Avropa Liqası

Liqa mərhələsi

IV tur

6 noyabr

21:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Selta” (İspaniya) 0:3

21:45. “Zaltsburq” (Avstriya) – “Qo Ehed İqlz” (Niderland) 2:0

21:45. “Srvena Zvezda” (Serbiya) – “Lill” (Fransa) 1:0

21:45. “Bazel” (İsveçrə) – FCSB (Rumıniya) 3:1

21:45. “Midtyullann” (Danimarka) – “Seltik” (Şotlandiya) 3:1

21:45. “Şturm” (Avstriya) – “Nottinqem Forest” (İngiltərə) 0:0

21:45. “Nitsa” (Fransa) – “Frayburq” (Almaniya) 1:3

21:45. “Malmö” (İsveç) – “Panatinaikos” (Yunanıstan) 0:1

21:45. “Utrext” (Niderland) – “Portu” (Portuqaliya) 1:1

00:00. “Reyncers” (Şotlandiya) – “Roma” (İtaliya) 0:2

00:00. “Betis” (İspaniya) – “Lion” (Fransa) 2:0

00:00. “Aston Villa” (İngiltərə) – “Makkabi” (Təl-Əviv, İsrail) 2:0

00:00. “Braqa” (Portuqaliya) – “Genk” (Belçika) 3:4

00:00. PAOK (Yunanıstan) – “Yanq Boys” (İsveçrə) 4:0

00:00. “Viktoriya” (Çexiya) – “Fənərbaxça” (Türkiyə) 0:0

00:00. “Ferentsvaroş” (Macarıstan) – “Ludoqorets” (Bolqarıstan) 3:1

00:00. “Bolonya” (İtaliya) – “Brann” (Norveç) 0:0

00:00. “Ştutqart” (Almaniya) – “Feyenoord” (Niderland) 2:0

ETOPAZ

Əvvəlki yazı

Foden həftənin futbolçusu seçildi

Növbəti yazı

”Samsunspor” liderliyini davam etdirir